Rusiyaya bəd xəbər: İnquş İstiqlal Komitəsi yaradıldı

12:50 13.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə inquşların təşkil etdiyi toplantıda İnquş İstiqlal Komitəsi yaradılıb.

Hafta.az-ın Mepanews-ə istinadən yazdığına görə, bu barədə qərar İstanbulda müstəqil İnquşetiya könüllülərinin təşkil etdiyi toplantıda açıqlanıb.

İnquş Müstəqillik Komitəsinin rəsmi Telegram hesabında yayımlanan bəyanatda İnquş xalqının azadlıq və müstəqillik haqqının müdafiə olunacağı bildirilib. Komitənin dərc olunmuş məqsədləri arasında müstəqil İnquşetiya dövlətinin yaradılması da var.

Komitə rəsmilərinin mediaya açıqlamasında təhlükəsizlik baxımından rəhbərlik və iştirakçıların adlarının paylaşılmadığı, Qafqaz diasporu ilə qardaşlıq əsasında əməkdaşlıq edəcəkləri vurğulanıb.

Siyasət rubrikasından digər xəbərlər